USM printerlərində keyfiyyətsiz kağızdan istifadə və istismar qaydalarına düzgün əməl edilməməsinin nəticələri
Keyfiyyətli printer kağızından istifadə edilməsi
09.01.2026 17
USM printerlərində keyfiyyətsiz kağızdan istifadə və düzgün istismar olunmaması çap keyfiyyətinə və avadanlığın texniki vəziyyətinə ciddi mənfi təsir göstərir. Çap zamanı mətn və şəkillər solğun, ləkəli və qeyri-bərabər görünür, toner və ya mürəkkəb kağıza düzgün hopmur. Aşağı keyfiyyətli kağız lif buraxdığı üçün printerin daxili hissələri çirklənir və bu da tez-tez kağız tıxanmasına səbəb olur. Düzgün istifadə qaydalarına əməl edilmədikdə mexaniki hissələr daha sürətlə köhnəlir, nasazlıqlar artır, printerin iş ömrü qısalır və texniki servis xərcləri yüksəlir.
