Şirkət haqqında

 

SAS medical MMC 2017 ci il yanvar ayından fəaliyyət göstərməkdədir. Şirkətin fəaliyyət dairəsinə USM ultrasound cihazlarının satışı, icarəsi və təmiri daxildir. Məqsədimiz yerli bazarda, sektorda bu istiqamətdə fəaliyyət göstərən müştərilərimizə, o cümlədən ölkəmizdəki klinikalara asan və keyfiyyətli həllər təqdim etməkdir. Əsasən dünyada bilinən, məhşur markaların işlənmiş cihazlarının satışını həyata keçirən şirkət eyni zamanda yeni cihazlarla da müştəriləri təmin etməkdədir. 

Təcrübəli mühəndis heyyəti ilə birlikdə sifarişini edəcəyiniz avadanlıqların təmir xidmətini də eyni zamanda SAS medical həyata keçirir. Bununla yanaşı qeyd edəcəyimiz xidmətlərdən biri də cihazların icarəyə verilməsidir. Müştərilərin istəyinə görə cihazların təhlükəsiz bir şəkildə təhvil verilməsi üçün SAS medical çatdırılma xidməti də göstərir.